şənbə 15 noyabr 2025 - 17:06
Tarixin yaddaşında ucalan; qədim Qeysər diyarının bir şəhid övladı

Hövzə/ Eduardo Anqellinin şəhadətinin 25-ci ildönümündə həqiqət hələ də yaşayır və hadisənin yeni tərəfləri üzə çıxır. İtaliyanın məşhur sənaye ailəsinin övladı, FIAT imperiyasının varisi ola biləcək bir şəxs başqa bir yolu seçdi. İman, azadlıq və zülm ilə istibdada qarşı dayanış yolu.

Hövzə Xəbər Agentliyi  Məhəmməd Mehdinin (Eduardo Anqelli) məzlumcasına və qəribcasına şəhadətindən artıq dörddə bir əsr keçir. Eduardo islamı qəbul etməklə, Əhli-Beyt (ə) məktəbinə və xilasverici dəyərlərinə qoşulmaqla, həmçinin İslam İnqilabının yolunu seçməklə təkcə ailəsinin köklü, ənənəvi xəttindən uzaqlaşmadı; o, İtaliya ilə saf Peyğəmbərin gətirdiyi İslamı birləşdirən bir simvola çevrildi. O, səmimiyyət və cəsarətlə ağır təzyiqlərin qarşısında dayandı və islamı, inqilabi kimliyini maddi mənafelərə qurban vermədi.

Onun şəhadəti  planlı və təşkilatlanmış bir ssenari ilə gerçəkləşdirilən bu hadisə hələ də çoxsaylı suallar doğurur. Yeni sənədlər və dəlillər göstərir ki, onun FIAT varisliyindən uzaqlaşdırılması daha böyük bir layihənin tərkib hissəsi idi. Elə bir layihə ki, azad düşüncəli, müsəlman şiə varisinin mövcudluğunu qəbul edə bilməzdi.

Bu gün Eduardo Anqellinin xatirəsi parlaq bir məşəl kimi qəlbləri və düşüncələri işıqlandırır. O, xalqlar və mədəniyyətlər arasında möhkəm bir körpüdür. Zülmə qarşı durmağa, həqiqət və ədaləti qorumağa çağıran inqilabi bir dəvətdir.

Şəhid Eduardo Anqelli təkcə tarixdə bir ad deyil, canlı və ilhamverici bir həqiqətdir. Elə bir həqiqət ki, İranda və bütün İslam dünyasında müqavimət simvolu olaraq qalır və İtaliyada isə qlobal istibdada qarşı azadlığa aparan aydın bir nümunə ola bilər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha