bazar ertəsi 15 dekabr 2025 - 21:01
Ayətullah üzma Gülpayqani (r) ölkə daxilində və xaricində xəstəxana tikintisindən tutmuş Londonda dini mərkəzin təsisinədək göstərdiyi geniş mədəniyyət və abadlıq xidmətləri 

Ayətullah üzma Gülpayqaninin (r) oğlu bildirib: Mərhum mərceyi təqlid geniş və beynəlxalq fəaliyyətlər həyata keçirib. Avropa, Afrika və Asiyanın 9 ölkəsində dini fəaliyyətlərin izlənməsi, Livanda şiə qızlar üçün məktəbin təsis edilməsi, həmçinin Hindistan, Əfqanıstan, Pakistan və ABŞ kimi ölkələrdə xidmətlərin genişləndirilməsi bu fəaliyyətlərin bir hissəsi olub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Seyid Baqir Gülpayqani şiələrin böyük mərceyi təqlidi Ayətullah üzma Seyid Məhəmmədrza Gülpayqaninin (r) ildönümü münasibətilə keçirilən mətbuat konfransında çıxış edərək, bu uca məqamlı fəqihin məktəbində baş tutan tədbirdə mərcəiyyət irsinin ötürülməsinin və yeni nəslin maarifləndirilməsinin zəruriliyini vurğuladı.

O, çıxışının əvvəlində vurğuladı: Şiə mərcəiyyətinin irsi mütləq şəkildə yeni nəslə ötürülməlidir.Gənclər dinin və şiə məzhəbinin qorunması və inkişafı naminə həyata keçirilmiş saysız-hesabsız fəaliyyətlərdən xəbərdar olmalıdırlar.

Qum Elmi Hövzəsinin müəllimi, bu gün əsl ruhaniyyət haqqında dəqiq tanışlığın olmamasından təəssüfünü bildirərək əlavə etdi: Məhz bu məsələ ruhaniyyət Hövzəsinə qarşı geniş hücumların yaranmasına zəmin hazırlayıb. Bu baxımdan, mərcəiyyət həqiqətinin izahı həm şəri bir vəzifə, həm də ictimai bir missiyadır.

Ayətullah üzma Gülpayqani (r) adına Elmi Hövzə — Elmi və tərbiyəvi cihadın mərkəzi

Höccətül-İslam vəl-müslimin Gülpayqani çıxışının digər bir hissəsində «Ayətullah üzma Gülpayqani (r) adına Elmi Məktəbin» təsis edilməsinə toxunaraq bildirdi: Bu məktəb elmi cihadın davam etdirilməsi və Əhli-beyt ismət və paklıq məktəbi (ə) səviyyəsində tələbələrin yetişdirilməsi məqsədi ilə yaradılıb və bu gün İslam aləmində mühüm elmi mərkəzlərdən birinə çevrilib.

O, bu elmi kompleksin fiziki və tədris imkanlarına da diqqət çəkərək dedi: Məktəb təxminən dörd min kvadratmetr sahədə, dörd mərtəbədə inşa edilib və burada hər gün 300-ə yaxın dərs keçirilir. Belə ki, gün ərzində orta hesabla beş min nəfər bu elmi mərkəzə gəlib-gedir və onun tədris proqramlarından faydalanır.

Ayətullah üzma Gülpayqani (r) — proqram əsaslı hövzə təhsilinin öncülü

O, sözlərinin davamında Ayətullah üzma Gülpayqaninin (r) mühüm təşəbbüslərindən birini «Qumda ilk proqram əsaslı elmi hövzə məktəbinin təsis edilməsini» qeyd edərək bildirdi: Bu məktəbdə kamil və təqvalı alimlər, görkəmli müəllimlər, eləcə də İran İslam Respublikasının yüksək vəzifəli məsul şəxslərinin əhəmiyyətli bir qismi yetişdirilib.

Ayətullah üzma Gülpayqani (r) kitabxanası — əlyazma və nadir mənbələrin xəzinəsi

Höccətül-İslam vəl-müslimin Gülpayqani Qum şəhərində yerləşən Ayətullah üzma Gülpayqani (r) kitabxanasının ölkənin mühüm elmi mərkəzlərindən biri olduğunu qeyd edərək bildirdi: Bu kitabxana dəyərli əlyazmalar, daş çaplı kitablar, elmi və ədəbi baxımdan nadir mənbələrdən ibarət zəngin bir toplunu özündə birləşdirir və tədqiqatçılara, eləcə də tələbələrə müxtəlif xidmətlər göstərir.

O, əvvəlki illərdə bu kitabxanaya gündəlik müraciət edənlərin sayının təxminən 11 min tələbəyə çatdığını xatırladaraq əlavə etdi: Yol və giriş-çıxış şəraitinin dəyişməsi nəticəsində bu rəqəm hazırda təxminən beş min nəfərə enib. Ümid edirik ki, infrastrukturun və lazımi əlçatanlığın yaxşılaşdırılması ilə maraqlı şəxslərin daha geniş iştirakı üçün şərait yaradılacaq.

Geniş şəkildə mədəniyyət və abadlıq xidmətləri

O, sözlərinin davamında Ayətullah üzma Gülpayqaninin (r) yadda qalan və davamlı fəaliyyətlərinə toxunaraq bildirdi: Gülpayqani elmi mədrəsəsi böyük mərcəyi təqlidin sağlığında təsis olunub və onun vəfatından sonra da fəal şəkildə, yüksək keyfiyyətlə fəaliyyətini davam etdirir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində Qurani-Kərimin təlim və təbliğinin gücləndirilməsi məqsədi ilə bir sıra Darul-Quran mərkəzləri yaradılıb.

Höccətül-İslam vəl-müslimin Gülpayqani qeyd etdi ki, Ayətullah Gülpayqaninin (r) abadlıq xidmətləri yalnız Qum şəhəri ilə məhdudlaşmayıb, Qum və Tehranda məscidlərin inşası və inkişafı, kitabxanaların yaradılması, Gülpayqani şəhərində xəstəxananın tikilməsi, eləcə də ucqar və şəraitsiz bölgələrdə müalicə və mədəniyyət mərkəzlərinin dəstəklənməsini əhatə edib.

Feyziyyə faciəsinə cavab olaraq xalq xəstəxanasının təsis edilməsi

Höccətül-İslam vəl-müslimin Gülpayqani 1963-cü ilin mart-aprel aylarında baş verən hadisələrə toxunaraq Ayətullah üzma Gülpayqani (r) adına xəstəxananın yaradılma səbəblərini izah edərək bildirib: İmam Sadiqin (ə) şəhadət günü Feyziyyə mədrəsəsinə hücumdan və SAVAK-ın, eləcə də bəzi həkimlərin yaralı tələbələrin müalicəsinə mane olmasından sonra şəxsi evlər yaralılarla dolmuşdu. Məhz bu vəziyyət Ayətullah üzma Gülpayqanini (r) müstəqil və xalq üçün nəzərdə tutulan bir xəstəxananın təsisinə sövq etdi.

Təbii fəlakətlərdə birbaşa iştirak və infrastrukturların bərpası

Ayətullah üzma Gülpayqaninin(r) oğlu bildirdi: Mərcəyi təqlid təbiət hadisələrində də öncül olmuşdur. Təbəs, Rudbar və Qəzvin zəlzələlərində o, şəxsən fəaliyyətə qoşulmuş, həmin bölgələrdəki bütün səhiyyə evləri və məscidlər ona birbaşa dəstək vermişdir.

Livan və Londondan Asiya və Afrikaya uzanan beynəlxalq şəbəkə

Ayətullah üzma Gülpayqaninin (r) oğlu bildirdi: Mərhum mərcəyi təqlid geniş şəkildə beynəlxalq fəaliyyətlər həyata keçirmişdir. Avropa, Afrika və Asiyanın 9 ölkəsində dini fəaliyyətlərin izlənməsi, Livanda şiə qızlar üçün məktəbin təsis edilməsi, eləcə də Hindistan, Əfqanıstan, Pakistan və ABŞ kimi ölkələrdə xidmətlərin genişləndirilməsi bu fəaliyyətlərin bir hissəsini təşkil edib. Həmçinin, Londonda alınmış dini mərkəz Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinə çevrilmişdir ki, bu da Qərbdə şiə təlimlərinin yayılması üçün bir baza rolunu oynayır.

İmam Həsən Əskəri (ə) məscidinin genişləndirilməsi

Höccətül-İslam vəl-müslimin Gülpayqani Ayətullah üzma Gülpayqaninin (r) abadlıq və mədəniyyət fəaliyyətlərinə toxunaraq, İmam Həsən Əskəri (ə) məscidinin genişləndirilməsini bu böyük mərceyi təqlidin mühüm layihələrindən biri kimi qeyd etdi. Bildirdi ki, məscidin yaxınlığında 10 min kvadratmetr sahədə torpaq alınması bu kompleksin tikintisi və inkişafı üçün zəruri şəraiti təmin etmişdir.

O, həmçinin, bu mərhum mərceyi təqlid İranda və xaricdə məscidlərin, kitabxanaların, xəstəxanaların və alimlərin evlərininin inşasında genişmiqyaslı fəaliyyətlərinə diqqət çəkərək vurğulayıb: Bu fəaliyyətlər İslam ümmətinin elmi, mədəni və sosial ehtiyaclarına onun geniş və hərtərəfli yanaşmasını əks etdirir.

Hövzə və cəmiyyətdə xidmətin davamlılığı üçün ilhamverici nümunə

Höccətül-İslam vəl-müslimin Gülpayqani çıxışının sonunda qeyd etdi: Bu dəyərli irs bu gün əbədi nümunə kimi elmi fəaliyyətləri və İslam ümmətində xidmət işlərini hövzə məktəblərində və cəmiyyətdə istiqamətləndirir. Bu yolun davam etdirilməsi isə həmin dövrdən qalan infrastrukturun qorunması və gücləndirilməsini tələb edir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha