çərşənbə 26 mart 2025 - 17:30
Qüds gününün yürüyüşü; müsəlmanların gücünü və qlobal həmrəyliyini nümayiş etdirir.

Hövzə/ Höccətul-islam vəl-muslimin Haqq Pənah bu ilki Qüds günü yürüşünün xüsusi əhəmiyyətini vurğulayaraq, bu xalq iştirakını təkcə Fələstin xalqının yaralarına məlhəm deyil, eyni zamanda İslam dünyasının sionist rejimin təcavüzünə qarşı mübarizəyə və İslam ideallarını müdafiə etməyə hazırlıq elanı kimi dəyərləndirdi.

Höccətul-islam vəl-muslimin Haqq Pənah, Xorasan Ruhani Elmlər Mədrəsəsinin Ali Şurasının üzvü, Məşhəddə Hövzə xəbər agentliyinin müxbiri ilə müsahibəsində Qüds günü yürüyüşünün iki mühüm mesaj daşıdığını vurğulayaraq bildirib: Birincisi, bu yürüyüş İslam düşmənləri, o cümlədən sionist rejim, ABŞ və onların tərəfdarlarına qarşı qəti xəbərdarlıq və siyasi bir manevrdir. Bu, müsəlman xalqlarının zülmə və qlobal istibdada qarşı müqavimətini nümayiş etdirir. İkincisi, Qüds günü yürüyüşü, müqavimət cəbhəsi, Şərafətli Qüdsün müdafiəçiləri və İslam İnqilabının ideallarını və ilahi vədlərin reallaşmasını həyata keçirmək üçün ciddi əzm və qərarlılıqla mübarizə aparanlar üçün açıq bir dəstək və ruhlandırıcı bir addımdır.

"O, İslam İnqilabının böyük banisi İmam Xomeyninin (r.) Qüds gününü adlandırmaqla bağlı müdrikliyi və bu günün İslam tarixində canlı saxlanmasının zəruriliyinə toxunaraq vurğulayıb: İmam Xomeyni (r.) dərin siyasi baxışı və müdrikliyi ilə Qüds gününü İslam ümmətinin birliyi və Fələstinli məzlumların müdafiəsi üçün qlobal bir simvol olaraq təsbit edibdir. O vaxtdan bəri İran xalqı və dünya müsəlmanları subut ediblər ki, güclü iradə ilə və canları bahasına Şərafətli- Qüdsün azadlığ ideallarını müdafiə etməyə və sionist rejimin təcavüzünə qarşı mübarizə aparmağa hazırdırlar.

Bu ilki Qüds günü yürüyüşünün ikiqat əhəmiyyəti

Xorasan Ruhani Elmlər Mədrəsəsinin Ali Şurasının üzvü bu ilki xüsusi şəraitə və sionist rejimin Fələstinin məzlum xalqına qarşı misli görünməmiş cinayətlərinə toxunaraq bildirib: Bu il Qüds günü yürüyüşündə iştirak böyük əhəmiyyət daşıyır; çünki sionistlər müdafiəsiz Fələstin xalqına qarşı ikiqat cinayətlər törədiblər. Onlar soyqırımı törədərək öz vəhşi və təcavüzkar xislətlərini daha da gücləndiriblər.

O, sionist rejimin Qüds torpaqlarını işğal etdikdən indiyədək törətdiyi tarixi cinayətlərə toxunaraq bildirib: Bu rejimin mahiyyəti həmişə uşaq qətliamı, repressiya və cinayət üzərində qurulub. Lakin mövcud şəraitdə bu cinayətlər illərlə qəflət yuxusunda olan bəzi insanları oyadıb və onları dünya məzlumlarını müdafiə etməyə və sionist rejimin cinayətlərini pisləməyə vadar edib. Bu baxış dəyişikliyi göstərir ki, bu ilki Qüds günü yürüyüşü xüsusi əhəmiyyət daşıyır və coşqu ilə keçirilməlidir.

Qüds günü: İslam dünyasının qlobal birliyinin təcəssümü

Höccətul-islam vəl-muslimin Haqq Pənah, Qlobal Qüds Gününü İslam cəbhəsinin küfr cəbhəsi ilə mübarizəsi və İslam ümmətinin birliyinin simvolu olaraq qiymətləndirib və vurğulayıb: Qlobal Qüds günü yürüyüşü, Fələstin xalqına qarşı tarixə düşən zülmün aradan qaldırılması və istibdadla mübarizə üçün dünya müsəlmanlarının böyük bir iradə nümayişidir. Bu gün bizə öyrədir ki, nə vaxt ki, İslamın və tarixin düşmənləri müsəlmanlara qarşı durmağa çalışsalar, bütün müsəlmanlar, milliyyətə, irqə, dilə və coğrafi əraziyə baxmayaraq, şücaət və birləşərək, istibdad və zülm cəbhəsinə qarşı durmalıdırlar.

O, əlavə edib dedi: Qlobal Qüds günü yalnızca bir coğrafi torpağın müdafiəsi ilə bağlı deyil; Qüdsün müdafiəsi, İslam dünyasının böyük ideallarının müdafiəsidir və bunun müsəlmanlara verdiyi açıq mesaj budur ki, İslam dünyasının hər hansı bir nöqtəsi təcavüzə məruz qaldıqda, bu, həyati bir məsələ kimi qiymətləndirilməli və şücaətlə müdafiə olunmalıdır.

Xorasan Ruhani Elmlər Mədrəsəsinin Ali Şurasının üzvü, sionist rejimin Qüds torpaqlarını işğal etməsinin İslam ideallarına və böyük Peyğəmbər (s.)ın təlimlərinə açıq-aşkar təhqir olduğunu qeyd edərək bildirib: Bu rejim öz cinayətlərilə müsəlmanların şərəf və namusunu hədəf alıb.

Qüds günü yürüyüşündə iştirak isə müsəlmanların məzlumları və İslam dəyərlərini müdafiə etməyə hazır olduqlarını bəyan etməyin simvoludur. Bu addımlar açıq şəkildə göstərir ki, sionist rejimi ilə mübarizə yalnız bir torpağın müdafiəsi deyil, həmçinin İslam dünyasının varlığının və müsəlmanların ideoloji əsaslarının müdafiəsidir.

Höccətul-islam vəl-muslimin Haqq Pənah, Qüds günü mesajının sionist rejimi və tərəfdarları üçün aydın olduğunu qeyd edərək vurğulayıb: Xalqın Qüds günü yürüyüşündə iştirakı onlara göstərəcək ki, İslam dünyası məzlumların ideallarını müdafiə etmək və İsrailin və onun tərəfdarlarının cinayətlərini pisləmək üçün hazır və qətiyyətlidir. Bu iştirak, müqavimət cəbhəsinin sionist rejimin təcavüzlərinə cavab vermək və müsəlmanların bu cinayətlərə qarşı gücünü nümayiş etdirmək əzmindən xəbərdardır.

O, bu il də xalqın Qüds günü yürüyüşündə iştirakı, Qəzza və Fələstin xalqının çəkdiyi ağır ağrılara məlhəm ola biləcəyini vurğulayaraq bildirib: Bu xalq iştirakının, İsrail rejiminin cinayətlərini pisləməkdən əlavə, Fələstinin məzlum xalqı üçün böyük bir ruhlandırıcı təsir olduğunu və bunun azad dünya xalqlarına verdiyi mesajın, Qəzza xalqının haqq səsini tək olmadığını, İslam ümmətinin bütün dünyada bu hərəkatı dəstəklədiyini göstərdiyini qeyd edib.

Müsəlman millətinin möhkəmliyinin rəmzi

Xorasan Ruhani Elmlər Mədrəsəsinin Ali Şurasının üzvü, Qüds günü yürüyüşünü müsəlmanların müqavimətinin simvolu və insanlıqla İslamın birliyinin təcəssümü olaraq qiymətləndirib və əlavə edib: Bu gündə cinayətlərə qarşı etiraz etmək, müsəlman millətinin səhnədəki qüdrətini və iştirakını nümayiş etdirir, beləliklə, İslamın varlığına qarşı təcavüzlərə qarşı bütün azad millətlərin və dünya müsəlmanlarının vahid bir cəbhə qurduğunu sübut edirlər. Bu birlik, müqavimət cəbhəsinin Şərafətli- Qüdsün azadlığının həyata keçirilməsində böyük bir ümid mənbəyi olacaq.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha