bazar ertəsi 21 aprel 2025 - 06:21
Pakistanda keçirilən görüşdə belə bildirildi: İnqilabın Ali Rəhbəri, şübhəsiz, insanlığın həqiqi müdafiəçisidir

Hövzə/ Pakistanın İslamabad şəhərində müxtəlif məzhəblərdən olan görkəmli siyasi, dindar və media simalarının iştirakı ilə 《Fələstin əsrimizin kərbəlası》 adlı möhtəşəm bir konfrans keçirildi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Pakistanın İslam Birliyi Parlamenti möhtəşəm bir konfrans təşkil edərək 《Fələstin əsrimizin kərbəlasi》başlığı altında bir daha məzlum Fələstin xalqına verdiyi qəti dəstəyi vurğulayıb. Tədbirdə müxtəlif məzhəblərə mənsub tanınmış siyasi, dindar və media simaları iştirak edərək, Fələstin xalqının müdafiəsində İslam ümmətinin birliyi və həmrəyliyinə çağırıblar.

Fələstinin müdafiəsi – dini, əxlaqi və insani bir vəzifədir.

Pakistanın İslam Birliyi Parlamentinin sədri Senator Raca Nasir Abbas Cəfəri çıxışında vurğuladı ki, məzlum Fələstin xalqına dəstək göstərmək şəri, əxlaqi və insani bir borcdur.

O əlavə etdi: Düşmənlər müqavimət alovunu söndürməyə çalışırlar, lakin biz bu alovu diri saxlamaq və gücləndirmək məsuliyyətini daşıyırıq; çünki Allah öz dininə yardım edənlərə yardım edəcəyinə söz vermişdir.

Senator Raca Nasir Abbas Aşura mesajına işarə edərək əlavə etdi: “Dünənin Yezidi məğlub oldu və bu günün Yezidi də məğlubiyyətə məhkumdur. Prinsiplərə sədaqət həqiqi qələbənin sirridir. Necə ki, Kərbəla hadisəsindən sonra Əhli-Beyt (ə) qadınları haqq mesajını cəsarətlə dünyaya çatdırdılar, bu gün də eyni səviyyədə fədakarlığa və cəsarətə ehtiyacımız var.”

İslam Təşkilatlarının susqunluğunu tənqid etmək

Pakistanın keçmiş Senatoru Muştaq Əhməd Xan da tədbirdə çıxışı zamanı İslam ölkələrinin susqunluğunu kəskin tənqid edərək bildirdi: “Bu gün Yəmən və İran Fələstinin yanında yer alıb və biz də onların arxasındayıq. Pakistan hökumətindən tələb edirik ki, ABŞ səfirini ölkədən çıxarsın, sionist rejimin məhsullarını boykot etsin və Fələstin xalqına əməli dəstəyə başlasın.”

O xəbərdarlıq etdi: Əgər Qəzza süqut edərsə, Məscidül-Həram da təhdid altına düşəcək. Mövcud şəraitdə Həmas və Hizbullah Qüdsün əsl keşikçiləridir. Məgər cihad yalnız İran və Yəmənin üzərinəmi düşür? Digər İslam ölkələri bu cinayətlər qarşısında niyə susurlar?

Qəzza – Bugünün Kərbəlasi üçün bir güzgüdür

Tanınmış jurnalist Hermit Sinq çıxışında vurğuladı: Əgər bəzi Müsəlman ölkələri sionist rejimə dəstək verməsəydi, bu rejim Qəzza müqaviməti qarşısında dayanmağa qadir olmazdı. Əgər kömək edə bilmirlərsə, heç olmasa xəyanət etməsinlər.

O, Qəzza xalqının müqavimətinə toxunaraq dedi: “Bu gün Kərbəla əshabının cəsarətini Qəzzanın mübariz insanlarının simasında görürük.”

Kərbəla – Bütün dövrlər üçün bir nümunədir

Daha sonra Dr. Qəndil Abbas haqq və batilin tarixi mübarizə prosesini xatırladaraq qeyd etdi: “Tarixin bütün dövrlərində Kərbəla kimi səhnələr meydana gəlib ki, bu da haqqla batilin ayırd edilməsi üçün olmuşdur. Qəzza və Livan xalqları inanırlar ki, əgər bir neməti itirsələr, Allah onlara daha böyük bir nemət bəxş edəcək. Məhz bu iman sionist düşmənin məğlubiyyət nöqtəsidir.”

Seyyid Əli Xamenei – İnsanlığın müdafiəsi simvolu

Tədbirin sonunda İmamiyyə Tələbə Təşkilatının rəhbəri Fəxr Abbas müqavimət şəhidlərinin uca məqamını yad edərək dedi: “Özünü daim insan haqlarının müdafiəçisi kimi təqdim edən ABŞ, bu gün Qəzzadakı cinayətlər qarşısında susaraq əsl simasını ortaya qoydu. Əgər bu gün bir şəxsi insanlığın həqiqi müdafiəçisi adlandırmaq mümkündürsə, o şəxs, heç şübhəsiz, İran İslam İnqilabının Ali Rəhbəri, Ayətullah-əl-uzma Seyyid Əli Xameneidir. Biz bütün müqavimət şəhidlərini fəxrlə salamlayırıq.”

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha