bazar ertəsi 12 may 2025 - 21:21
Şəriət hökmləri | Naməhrəmlə əl verib görüşməyin hökmü.

Hövzə / Həzrət Ayətullah Məkarim Şirazi naməhrəmlə əl ilə görüşməyin hökmü ilə bağlı bir istiftada cavab verib.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Həzrət Ayətullah Məkarim Şirazi “naməhrəmlə əl ilə görüşməyin hökmü” barədə verilmiş bir istiftada cavab verib. Bu cavab maraqlananların diqqətinə təqdim olunur.

Naməhrəmlə əl ilə görüşməyin hökmü

Sual: Bəzi tayfa, şəhər və ya ölkələrdə əks cinsə hörmət əlaməti olaraq əl uzadılır. Bu işin hökmü nədir?

Cavab: Naməhrəm qadın və ya kişi ilə əl görüşmək caiz deyildir. Qarşı tərəf bu hərəkətin haram olduğunu bilmirsə, İslam mədəniyyəti ilə tanış olduqdan sonra bu problem həll ola bilər.


Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha