Hövzə Xəbər Agentliyinin verdiyi Məlumata əsasən, “Dinim insanlıqdır” iddiası, İlahi bir çərçivəyə əsaslanmadan, qeyri-müəyyən və bəzən əsl insan dəyərlərinə zidd bir anlayışa çevrilir.
İnsaniyyət, aydın bir tərif olmadan, qeyri-müəyyən və ziddiyyətli bir anlayışa çevrilir
«Dinim insaniyyətdir» iddiası, zahirdə gözəl və təqdirəlayiq bir söz kimi görünür. Lakin analitik bir baxışla buna yanaşıldığında, bir sıra qeyri-müəyyənliklər və ziddiyyətlərlə qarşılaşırıq.
Bu baxışın ən böyük nöqsanı «insaniyyət» anlayışının dəqiq və ümumi bir tərifinin olmamasıdır. Hər bir şəxs və ya məktəb bu anlayışdan özünə məxsus bir nəticə çıxarır. Məsələn, bəziləri homoseksuallığı insanlığın ən bariz nümunəsi hesab edərkən, başqaları bunu insan dəyərləri ilə ziddiyyət təşkil edən bir davranış kimi qəbul edir. Bu mübahisələr, «insaniyyət» anlayışının ortaq bir şəkildə başa düşülməsində mövcud olan qarşıdurmaların sadəcə bir nümunəsidir.
İndi soruşmaq lazımdır: İnsanın həyatda hədəfi nədir? Yalnız yemək, yatmaq və zövq almaqdır? Əgər belədirsə, o zaman insan ilə heyvan arasındakı fərq nədir? Din məqsədli bir sistem təqdim edərək insan həyatına mənalı bir dəyər qatır.
İlahi təlimlərdə, insanın hərəkət yolu əvvəlcədən müəyyən edilir və sonra o, bu yol üzrə istiqamətləndirilir. Dəmir yolunun qurulmasından sonra, qatarın həmin yolda getməsi kimi. Hədəf Allaha çatmaq və ona yaxınlaşmaq olduqda, əxlaq və insanlıq kimi anlayışlar da mənalı və dəyərli olur.
Bu gün insaniyyət əlamətləri kimi tanınan bir çox davranışlar: Məsələn heyvanlara qarşı mehribanlıq, təbiətə hörmət, başqalarının hüquqlarına riayət etmək İslam dininin ən ilkin əmr və göstərişlərindən biridir. Buna görə də bu prinsiplərin təqdimatında yenilik iddiası, onların dərin dini köklərini görməməzlikdən gəlmələri deməkdir.
Dini dəyərlərin yeni formata salınaraq yenidən tərif edilməsi
Dinlərlə mübarizə aparan müasir düşüncəli şəxslər, İlahi dinlərin əsaslarını və dəyərlərini yeni bir görkəmdə əxlaq , insansevərlik və ya insaniyyət kimi adlar altında təqdim edirlər. Bu şəxslər əksər hallarda xüsusilə İslam dinini kənara qoyaraq insaniyyət adlı yeni bir din seçməkdən danışırlar. Lakin onlardan bu dinin prinsipləri və meyarları barədə soruşulduqda, ümumi və qeyri-müəyyən cavablar verirlər: İnsana kömək etmək, elmi araşdırmalar aparmaq, sülhsevərlik, başqalarının fikirlərinə hörmət və bu kimi şeylər.
Doğrudanmı insaniyyət adlanan bu dırnaqarası din yalnız bu prinsiplər üzərində qurulub? Bu nöqtədə daha dərindən düşünməyə ehtiyac var. Birincisi bu prinsiplərin demək olar ki, hamısı İslam dinində əhatəli və dəqiq şəkildə bəyan olunmuşdur. İkincisi bu prinsiplərin dünyəvi və insanmərkəzli baxışla tərifi, çox zaman ziddiyyətli və subyektiv olur.
Digər tərəfdən, “insaniyyət" anlayışı arasında əsaslı iki fərq mövcuddur. Birinci növ insaniyyət, “heyvaniyyət” anlayışının əksi olaraq təqdim olunur. Yəni ağıl və əxlaq sahibi olan, instinktlərdən uca duran insandır. İkinci növ isə “İlahiyata qarşı” mövqedə olan insanlıqdır; yəni burada insan mərkəzə qoyulur və Allaha ibadət anlayışı kənara atılır. İnsanpərəst baxışda yaradan və qanunqoyucu bir kənara çəkilir, və hər bir insan özü yaxşı ilə pisi müəyyən edən əsas meyara çevrilir.
İslam, əslində birinci növ insanlığın dirçəlişinə səbəb olan bir dindir, yəni ağlı, fitrəti və əxlaqı uca tutan və heyvaniyyət səviyyəsindən yuxarı qalxan insanlıq anlayışını yaşadan bir din. Halbuki bu gün “insaniyyət dini” adı ilə təbliğ olunan şey çox vaxt insanın mərkəzə qoyulduğu və Allahın inkar edildiyi bir anlayışı cəlbedici şəkildə təqdim etməkdən başqa bir şey deyil.
Sərhədsiz insanpərəstlik, ağıl və əxlaqdan uzaqlaşmaq deməkdir
İnsaniyyət dininin əsl mahiyyətini daha yaxşı anlamaq üçün onun bəzi praktiki nəticələrini araşdırmaq olar. Bu düşüncə tərzinin tərəfdarlarının baxışında insan davranışları üçün heç bir sərhəd və məhdudiyyət yoxdur, yeganə meyar şəxsi istəydir. Belə bir yanaşmanın inanc və nəticələrinə dair bir neçə nümunəyə diqqət yetirək:
1. Əgər bir şəxs it, mobil telefon, ilan və ya qurbağa ilə evlənsə, bunda heç bir problem yoxdur.
2. Əgər bir şəxs yaxın qohumları ilə cinsi əlaqəyə girsə və hər iki tərəf razı olsa, bu da qəbahət sayılmır.
3. Əgər kişi müəllim şagirdinə cinsi təcavüz etsə və bu ona fiziki zərər verməzsə, bu da caiz hesab olunur.
4. İt əti, timsah və ya hətta qan yemək tamamilə azaddır və yalnız şəxsin öz qərarına bağlıdır.
5. Spirtli içki içmək, qumar oynamaq və ya şeytana ibadət etmək başqasına zərər vermədiyi təqdirdə sərbəstdir.
6. Allahsızlıq çərçivəsində istənilən inancların təbliği tamamilə azaddır.
7. Allaha inananların inanclarına təhqir etmək problem sayılmır, amma insanpərəstliyə qarşı çıxmaq qadağandır.
8. İki kişinin bir-biri ilə evlənməsi təbii bir hal kimi qəbul olunur.
9. Qadının reklam məqsədilə alət kimi istifadə olunması sərbəst və məqbul sayılır.
10. Zalim bir hökmdar milyonlarla insanı qətlə yetirə bilər və heç bir cəza almadan ölür; çünki axirət mövcud deyil.
11. Rəsmi olmayan evliliklər sərbəstdir, amma bir neçə arvadla rəsmi şəkildə evlənmək pislənir.
Belə davranışlara insaniyyət demək olarmı, yoxsa bunları yeni bir heyvanlıq nümunəsi kimi qiymətləndirmək lazımdır? Məyər insan, ağıl, məntiq və fitrətə malik bir varlıq deyilmi? Necə ola bilər ki, belə xüsusiyyətlərə malik olan birisi bu cür hərəkətlər etsin və onlara insaniyyət adı altında haqq qazandırsın?
Həqiqi insaniyyət, Allahı tanımaqla məna tapır
Mühüm nöqtə odur ki, yuxarıda qeyd olunan davranışların tənqidi, həmin şəxslərin insan olmasını inkar etmək demək deyil; bu, sadəcə insanın ləyaqət və dəyəri ilə ziddiyyət təşkil edən əməllərin inkarıdır.
Qurani Kərimdə buyurulur: Allahın hidayətindən bilə-bilə üz çevirənlər dördayaqlılar kimidirlər hətta onlardan da azğın. Bu bənzətmə, insanın daxili mahiyyətini deyil, onun davranış xüsusiyyətlərini nəzərdə tutur.
Bu gün insaniyyət adı altında təbliğ olunan anlayış, bəzən tövhidə və ilahi şəriətə qarşı çıxmaq üçün bir vasitəyə çevrilir. Zahirdə gözəl bir kəlmədir, lakin məzmundan məhrumdur və əməldə sərbəstlik, zövq yönümlülük və fitri-ilahi dəyərlərin inkarı üçün zəmin yarada bilər. Halbuki, insanlıq meyarı kimi təqdim olunan bütün dəyərlər ədalət, insanpərvərlik, hörmət, mərhəmət, sədaqət hamısı İslam dinində mövcuddur; lakin açıq, ağıla söykənən və vəhyə əsaslanan bir sistem çərçivəsində.
Buna görə də, əgər kimsə “mənim dinim insaniyyətdir” deyirsə, ondan soruşmaq lazımdır: hansı növ insaniyyət? Əgər məqsəd, heyvaniyyət qarşısında ağla və əxlaqa əsaslanan insaniyyətdirsə, bu cür insaniyyət təkcə İslamda mövcud deyil, həm də ən yüksək səviyyədə təkamül etmişdir. Amma məqsəd Allahpərəstliyin əvəzində insanı mərkəzə qoymaqdırsa, bu artıq insaniyyət deyil, insanpərəstlikdir. Və bu halda insanları aldatmaq üçün bu anlayışa insaniyyət adı verilməməlidir.
Xəbərin sonu.
Rəyiniz