Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Hacı Şeyx Cavad Mərvi, Allah Rəsulunun (s) qızı Həzrət Fatimənin şəhadət günlərinin yaxınlaşması ərəfəsində fiqh üzrə dərsinin sonunda bəyan etdi:
Xanım Fatimənin (s.ə) əzalı günlərinin və onun şəhadətinin astanasında bir neçə mühüm məqama toxunmaq istərdim.
Birinci məqam: Şiəliyin ən mühüm üstünlüyü olan imamət yolu
Şiəlik məzhəbi özünəməxsus üstünlüklərə malikdir. Günümüzdə baş verən hadisələr bu məktəbə olan diqqətin artmasına səbəb olur və müxtəlif suallar doğurur: Şiə məzhəbinin bu nailiyyətləri təmin edən əsas xüsusiyyətləri hansılardır?
Xüsusilə son bir il ərzində və on iki günlük müharibədən sonra dünyanın hər yerində o cümlədən cənub-şərqi Asiya, ərəb ölkələri, Avropa, Okeaniya və digər bölgələrdə bu sual səslənir: “Bu məktəbin mühüm nailiyyətlərinin səbəbi nədir?”
Cavab isə cəmi bir kəlmədir. Oda budur ki, bütün bu üstünlüklərə görə şiəlik imamət yoluna borcludur.
Xanım Fatimənin (s.ə) əzalı mərasimlərinin uca tutulması da məhz bu imamət prinsipinin müdafiəsidir. Bu prinsip isə şiə kimliyinin əsasını təşkil edir. Buna görə də biz heç bir halda nə əzalı mərasimlərin dəyərindən geri çəkiləcəyik, nə də onun mahiyyətinin izahından.
Xanım Fatimənin (s.ə) əzalı mərasimləri, şiəlik üçün ən böyük nailiyyət olan imamət anlayışını vurğulayır və möhkəmləndirir. Buna görə də imamət prinsiplərinin müdafiəsi söz mövzusu olduqda, şiə bütün düşüncə və imkanlarını bu yolda səfərbər edir.
Ali Dini Hövzələrin Ali Şurasının ikinci katibi qeyd etdi: Əgər mərhum hədis üzrə alim Şeyx Abbas Qumi bu rəvayəti nəql etməsəydi, mən də bunu söyləməzdim. O buyurur ki, Cavahirul-Kəlam əsərinin müəllifi “Sahibe Cəvahir”, Şeyx Əzərinin imamət mövzusundakı “Qəsidələrini eşitdikdə belə dua etmişdir:
“İlahi! "Cavahirul-Kəlamın" savabını Şeyx Əzərinin əməl dəftərinə yaz və Qəsidələrin savabını mənim əməl dəftərimə yaz.”
Bu şiə fiqhinin əsas qaynağı olan “Cavahirul-Kəlam” müəllifinin imamət məsələsinə verdiyi yüksək əhəmiyyəti göstərir.
Biz izah etməliyik ki, imamətdən uzaqlaşma xətti İslam ümmətinə hansı fəlakətləri gətirdi. Bizim kimləsə şəxsi mülahizəmiz yoxdur, başqalarının hisslərini təhqir etmirik, lakin tarixi hadisələrin elmi və obyektiv təhlili zəruridir.
İmamət yolunun hətta ümumi İslam İmamətinin qarşısı alınıb xəlifəliklə əvəzlənməsi, təkcə İslam ümmətinə deyil, bəşəriyyətin tamamına böyük zərbə vurmuşdur və bu yanlış istiqamət bu gün də İslam kimliyinə zərər yetirməkdədir.
İkinci məqam: Həzrət Fatimənin (s.ə) iki xütbəsinin təhlilinin zəruriliyi
Haqq yolundan azmanın səbəblərini anlamağın ən doğru yolu Həzrət Zəhra (s.ə) xanımın iki məşhur xütbəsinin dərindən təhlil edilməsidir.
Mərhum Şərəfuddin buyurur: “Onun iki xütbəsi tanınmış və Əhli-beyt övladlarına Quran kimi əzbərləməyi vacib bilirdilər.”
Bu bizə bir sual doğurur: Özümüzü şiə İmamətinin müdafiəçiləri sayan, başımızdakı əmmaməni bu yolun nişanəsi kimi daşıyan bizlər, görəsən, bu iki xütbə ilə nə qədər tanışıq və təbliğlərimizdə onlardan nə qədər faydalanırıq?
İmam Əlinin (ə) yataqda, şəhadətindən öncə söylədiyi xütbəsində deyilir:
عَنْ فَاطِمَهَ بِنْتِ الْحُسَیْنِ علیه السلام قَالَ: لَمَّا اشْتَدَّتْ عِلَّهُ فَاطِمَهَ بِنْتِ رَسُولِ اللَّهِ (صلی الله علیه وآله و سلم) اجْتَمَعَ عِنْدَهَا نِسَاءُ الْمُهَاجِرِینَ وَ الْأَنْصَارِ فَقُلْنَ لَهَا یَا بِنْتَ رَسُولِ اللَّهِ کَیْفَ أَصْبَحْتِ مِنْ عِلَّتِکِ؟ فَحَمِدَتِ اللَّهَ وَ صَلَّتْ عَلَی أَبِیهَا صَلَّی اللَّهُ عَلَیْهِ وَ آلِه وَ سَلَّم ثُمَّ قَالَتْ: أَصْبَحْتُ وَاللَّهِ عَائِفَهً لِدُنْیَاکُنَّ، قَالِیَهً لِرِجَالِکُنَّ، لَفَظْتُهُمْ بَعْدَ أَنْ عَجَمْتُهُمْ وَ شَنَأْتُهُمْ بَعْدَ أَنْ سَبَرْتُهُمْ، فَقُبْحاً لِفُلُولِ الْحَدِّ وَ اللَّعِبِ بَعْدَ الْجِدِّ وَ قَرْعِ الصَّفَاهِ وَ صَدْعِ الْقَنَاهِ وَ خَطَلِ الْآرَاءِ وَ زَلَلِ الْأَهْوَاءِ ...
Bu uca məzmunda biz nələri dərk etmişik və bunları başqalarına necə çatdırmışıq?
Üçüncü məqam: Təbliğdə hikmətin qorunması
Məzhəbin təbliğçisi bilməlidir ki, təbliğ zamanı hikmətli üslub əsas götürülməlidir.
Həqiqətləri elə bir tərzdə bəyan etməlidir ki, nə başqalarının hisslərini təhrik etsin, nə də təhqirə yol versin.
Mərhum Şərəfuddin bu barədə gözəl bir ifadə işlədərək demişdir:
“Həzrət Əli (ə), onun övladları və bu məktəbin alimləri vəsiyyətin xatırladılmasında və aşkar dəlillərin yayılmasında həmişə hikmətə riayət edirdilər.”
Yəni Əmirəl-möminin (ə), Əhli-beyt (ə) və onların davamçıları vilayətə dair açıq mətnləri yayarkən hikməti gözləyir, qarşı tərəfi təhqirə vadar etmədən, lakin həqiqəti aydın şəkildə bəyan etməyi üstün tuturdular.
Buna görə də bizim vəzifəmiz həm Xanım Fatimənin (s.ə) əzalı günlərinin saxlanılması, həm də Həzrət Fatimənin (s.ə) iki xütbəsinin elmi təhlilidir. Lakin bütün bunlar hikmət və məsuliyyətlə, başqalarının duyğularını təhrik etmədən həyata keçirilməlidir.
Ümid edirik ki, bu yolda müvəffəq olarıq.
Allahın salamı olsun Məhəmmədə və onun pak Əhli-beytinə.
Xəbərin sonu
Rəyiniz