çərşənbə 14 may 2025 - 15:22
Rusiyada "Rusiya və İslam Dünyası” adlı beynəlxalq konfrans  keçiriləcək.

Rusiyada “Rusiya və İslam Dünyası” adlı 16-cı beynəlxalq konfrans keçiriləcək. Konfransda Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari, həmçinin siyasi, iqtisadi, dini və mədəni sahələr üzrə nüfuzlu şəxslər və rəsmilər iştirak edəcək. Tədbirin əsas mövzusu isə “Rusiyanın və İslam dünyası ölkələrinin gənclər siyasəti sahəsindəki təcrübəsi: ortaq çağırışlar və birgə fəaliyyətlər” olacaq.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, “Rusiya və İslam Dünyası” adlı 16-cı beynəlxalq konfrans Rusiyada, Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari və siyasi, iqtisadi, dini və mədəni sahələr üzrə tanınmış şəxsiyyətlərin iştirakı ilə keçiriləcək.

Konfransın əsas mövzusu “Rusiyanın və İslam əməkdaşlıq təşkilatına üzv ölkələrin gənclər siyasəti sahəsində təcrübəsi: ortaq çağırışlar və birgə tədbirlərdir."

Tədbirin məqsədi Rusiya ilə İslam ölkələrinin gənclər təşkilatları arasında qarşılıqlı anlayış və təcrübə mübadiləsini genişləndirmək, birgə proqram və təşəbbüsləri gücləndirmək, kütləvi və könüllü hərəkatların ictimai həyata aktiv iştirakını təşviq etmək, eləcə də milli, tarixi, mədəni, mənəvi və əxlaqi dəyərlərə hörmət ruhunu aşılamadır.

Konfrans çərçivəsində maarifləndirici beynəlxalq tədbirlərin təşkili, tədris və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Rusiya və xarici ölkələrin tərəfdaş universitetləri arasında əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə gənclər arasında radikallaşma və ekstremizmin qarşısının alınması istiqamətində birgə fəaliyyət planları da müzakirə olunacaq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha