cümə axşamı 5 iyun 2025 - 21:51
Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri:
İmam Xomeyni (r) təkcə bir lider deyildi. O, bütün bəşəriyyət üçün müqavimət və ədalət rəmzi idi.

Hövzə/İmam Xomeyninin (r) vəfatının 36-cı ildönümü münasibətilə Cammu və Kəşmir ştatının Bədqam bölgəsində “Dinlərarası dialoqun sülhün bərqərar olunmasındakı rolu” mövzusunda yeddinci dinlərarası konfrans keçirildi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına əsasən,
İmam Xomeyninin (r) vəfatının 36-cı ildönümü münasibətilə Cammu və Kəşmir ştatının Bədqam bölgəsində
“Dinlərarası dialoqun sülhün bərqərar olunmasındakı rolu” mövzusunda yeddinci dinlərarası konfrans keçirilib.

Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri:
İmam Xomeyni (r) təkcə bir lider deyildi. O, bütün bəşəriyyət üçün müqavimət və ədalət rəmzi idi.

İmam Xomeyninin xeyirxah düşüncələri

Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri, Höccətül-İslam vəl-müslimin Seyid Həsən Musəvi Səfəvi çıxışında İmam Xomeyninin (r) çoxşaxəli şəxsiyyətini tərifləyərək dedi:
İmam Xomeyni (r) yalnız dini lider deyildi, həm də bütün bəşəriyyət üçün həmrəylik, iradə və ədalət rəmzi idi. Onun Fələstin məzlumlarına qarşı qəti dəstəyi dünya vicdanını oyatdı. Bu gün də biz məzlumların müdafiəsi üçün İmamın düşüncə və yolundan ilham almalıyıq.

Kəşmirdə dinlərarası həmrəyliyin gücləndirilməsinin zərurəti

Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri həmçinin müxtəlif dinlərin tərəfdarları arasında birliyin əhəmiyyətinə toxunaraq bildirdi:
Hazırkı şəraitdə, hər zamankından daha çox dinlərin tərəfdarlarının bir-birini tanıması, hörmət etməsi və qarşılıqlı əməkdaşlıqla sülh və həmrəyliyin yayılması üçün çalışması vacibdir.

Sülhə, hörmətə və davamlı dialoqa çağırış

Kəşmir vaizi Dr. Ömər Faruk çıxışında bildirdi:
Kəşmir müsəlmanların çoxluq təşkil etdiyi bir region kimi, dinlərarası dialoq və həmrəyliyin təşviqində öncül rol oynamalıdır. Xüsusilə son hadisələrin işığında, dinlər arasında etimadın, hörmətin və anlaşmanın gücləndirilməsi üçün tədbirlər görülməlidir. Dinlərarası birliyin olmadığı yerdə davamlı sülhə çatmaq mümkün deyil.

Din sevgi vasitəsidir, nifrət yox

Bu konfransda bütün çıxış edənlər vurğulayıblar ki, dinlər ayrı-seçkilik nifrət və zorakılıq vasitəsi olmamalıdır. Əksinə sevgi, qardaşlıq və insan dəyərlərinin xidmətində olmalıdırlar. Həmçinin, iştirakçılar din həmrəyliyini dağıtmaq istəyən qüvvələrə qarşı birgə mübarizənin vacibliyi barədə razılığa gəldilər.
Bədqamda keçirilən yeddinci dinlərarası dialoq konfransı dinlərarası əlaqələrin gücləndirilməsi, sülh anlayışlarının təbliği və insanpərvərlik duyğusunun dərinləşdirilməsi istiqamətində mühüm addım oldu. Eyni zamanda İmam Xomeyninin (r) yüksək düşüncələrinin hələ də birlik, ədalət və müqavimət yoluna ilham verdiyini bir daha xatırlatdı.

Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri:
İmam Xomeyni (r) təkcə bir lider deyildi. O, bütün bəşəriyyət üçün müqavimət və ədalət rəmzi idi.

Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin sədri:
İmam Xomeyni (r) təkcə bir lider deyildi. O, bütün bəşəriyyət üçün müqavimət və ədalət rəmzi idi.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha