Hövzə Xəbər Agentliyinin məlumatına görə, elmi hövzələrin rektoru Ayətullah Ərafi həzrət Ayətullah Nuri Həmədani ilə görüşərək geniş fəaliyyət planları və hövzədə aparılan əsas proqramlar barədə hesabat təqdim edib.
Görüş zamanı həzrət Ayətullah Nuri Həmədani elmi hövzələrin idarə olunması sahəsində Ayətullah Ərafinin göstərdiyi bütün xidmətləri və Ayətullah Mirzayi Naininin (r) xatirəsinə həsr olunmuş anım mərasiminin keçirilməsini yüksək qiymətləndirib.
O, həmçinin Ayətullah Ərafinin müqəddəs Nəcəf şəhərində etdiyi çıxışını və Ayətullah Mirzayi Naininin (r) elmi və fiqhi mövqeyini tanıtmaq baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirib.
Xəbərin sonu
Rəyiniz