Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Pakistanın Baltistan bölgəsinin Skardu şəhərinin cümə imamı,Höccətül-İslam vəl-müslimin Şeyx Məhəmməd Həsən Cəfəri, verdiyi rəsmi bəyanatında hökumətin sərhədi qəfil bağlamaq və Kərbəla zəvvarlarının yolunu bağlamaq qərarını “Minlərlə Əhli-Beyt (ə) aşiqinin dini azadlığına, əqidə bağlılığına və əsas hüquqlarına ağır zərbə” kimi qiymətləndirib.
Bəyanatın tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
وَمَن یَخْرُجْ فِی سَبِیلِ اللَّهِ فَیُقْتَلْ أَوْ یَمُتْ فَلَا جَرَمَ أَنَّ اللَّهَ سَیَرْزُقُهُ أَجْرًا عَظِیمًا
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar.
Son günlərdə Pakistan dövləti əvvəlcədən heç bir məlumat vermədən İran İslam Respublikası ilə olan birgə sərhədi və Ərbəin zəvvarları üçün quru ziyarət yolunu bağlamışdır. Bu addım təkcə dərin təəssüf doğurmur, eyni zamanda bu ölkə insanlarının dini və insani hüquqlarına qarşı düşünülməmiş bir yanaşmanın göstəricisidir.
Minlərlə mömin və Əhli-Beyt (ə) aşiqləri hər il sülh, ədəb və qanuna hörmət və nizamla Əhli Beytin (ə) ziyarətinə yollanır, lakin indi onlar qəfil maneələrlə və qeyri-şəffaf qərarlarla üz-üzə qalıblar. Bu addım, dini azadlıqlarla və insan haqları ilə ziddiyyət təşkil edən, qanuni və haqlı olan bir dini qanunun məhdudlaşdırılması deməkdir.
Şübhəsiz ki, ölkənin təhlükəsizliklə bağlı çətinlikləri realdır və xalqın təhlükəsizliyini təmin etmək hökumətin vəzifəsidir. Lakin təhlükəsizliyi təmin etməyin yolu qapıları bağlamaq və yolları kəsmək deyil. Zəruri olan, əhalini dini haqlarından məhrum etmək yox, hərtərəfli və düzgün bir təhlükəsizlik sisteminin qurulmasıdır.
Pakistan dövləti bundan əvvəl də çətin təhlükəsizlik şəraitində mərasim və toplantıların keçirilməsi üçün təsirli tədbirlər görə bilmişdir. Bu səbəbdən haqlı olaraq belə ciddi bir sual ortaya çıxır: Nə üçün Əhli-Beyt (ə) zəvvarları üçün eyni iradə və imkanlar səfərbər edilmir?
Ərbəin zəvvarları cəmiyyətin ayıq, qanunlara hörmət edən və dialoqun açıq bir təbəqəsini təşkil edirlər ki, onlar ictimai nizamın qorunması, birlik və dinc birgəyaşayışın təşviqində mühüm rol oynayırlar. Onlara qarşı laqeyd münasibət və ardıcıl şəkildə tətbiq olunan məhdudiyyətlər qəbuledilməz bir davranışdır.
Bizim Pakistan dövləti və məsul qurumlardan açıq və aydın tələblərimiz aşağıdakılardır:
1. Pakistan ilə İran arasındakı quru sərhədlər zəvvarların keçidi üçün dərhal açılmalı və onların səfəri üçün zəruri şərait və imkanların təmin olunması.
2. Yolun bağlanılması əvəzinə, zəvvarların təhlükəsizliyini təmin etmək üçün dəqiq, peşəkar və hərtərəfli bir təhlükəsizlik planı hazırlanması.
3. Əhli Beytin (ə) ziyarəti insani bir haqq kimi tanınmalı və bu inanca hörmətlə yanaşılmalıdır.
4. Zəvvarlara qarşı icra olunan maneələr, idarəetmə sistemində olan nöqsanlar və qeyri-etik davranışlarla bağlı şəffaf araşdırma aparılmalı və müvafiq cavabdehlik təmin olunmalıdır.
5. Belə böhranların təkrarlanmaması üçün alimlər, dini qurumlar, zəvvarlar və dövlət rəsmiləri arasında rəsmi, şəffaf və davamlı dialoq və koordinasiya mexanizmi qurulmalıdır.
Biz hörmətli alimlərdən, dini və siyasi şəxsiyyətlərdən, insan haqları təşkilatlarından və bütün cəmiyyətdən xahiş edirik ki, bu cür düşünülməmiş və məhdudlaşdırıcı qərarlara qarşı səslərini yüksəltsinlər və hökumətə açıq şəkildə bildirsinlər ki, xalqın dini azadlıqlarını məhdudlaşdırmaq qəbuledilməzdir.
Sonda səbirli və dini inanclı xalqımıza əminliklə bildiririk ki, hər zaman olduğu kimi bu məsələni də birlik, uzaqgörənlik və səbrlə ciddi şəkildə izləyəcək.Əhli-Beyt (ə) zəvvarlarının izzət, hörmət və hüquqlarının qorunması yolunda heç bir səydən çəkinməyəcəyik.
Vəssəlam
Pakistanın Baltistan bölgəsinin Skardu şəhərinin cümə imamı Məhəmməd Həsən Cəfəri.
Rəyiniz